Avropa Liqasında finalın hakimləri açıqlandı

Avropa Liqasında final görüşü üçün hakim təyinatları açıqlanıb. SportLine.az UEFA-nın saytına istinadən xəbər verir ki, "Marsel" və "Atletiko" komandaları arasında keçiriləcək həlledici görüş Hollandiyadan olan Byörn Kuypersə həvalə olunub.

16 may 2018
Avropa Liqası
FİNAL

22:45. "Marsel" (Fransa) - "Atletiko" (Madrid, İspaniya)
Lion, "Stad de Lyon"
Baş hakim: 
Byörn Kuypers (Hollandiya)
Köməkçi hakimlər: Sander van Roykel, Ervin Zeinstra (Hollandiya)
Dördüncü hakim: Şimon Marçinyak (Polşa)
Əlavə köməkçi hakimlər: Danni Makkeli, Pol van Boekel (Hollandiya)