Avropa Liqasında həftənin ən yaxşısı adına namizədlər

Avropa Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.

Sportline.az UEFA-nın saytına istinadən xəbər verir ki, siyahıda Pyer-Emerik Obameyanq, Alkesandr Lyakazett (hər ikisi "Arsenal"), Ruben Loftus-Çik və Kepa Arrisabalaqanın adı var (hər ikisi "Çelsi").

Qalib, UEFA-nın saytında, azarkeşlərin səsverməsinin nəticələrinə əsasən müəyyənləşəcək.