Avropa Liqasında həftənin ən yaxşısı adına namizədlər

Avropa Liqasında qrup mərhələsinin V turunun ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.

Sportline.az xəbər verir ki,  UEFA 4 futbolçunun adını azarkeşlərə təqdim edib.

Həftənin ən yaxşısı adına Bruno Fernandeş (“Sportinq”), Vensan Abubakar (“Portu”), Raul Ximines (“Vulverhempton”) və Daiti Kamada ("Ayntraxt") namizəddir.

Səsvermə azarkeşlər arasında aparılacaq.