Avropa Liqasında həftənin futbolçusu müəyyənləşib

UEFA Avropa Liqasında həftənin ən yaxşı futbolçusu açıqlanıb.

Sportline.az xəbər verir ki, "Çelsi"sinin 32 yaşlı hücumçusu Pedro Rodriqes bu ada layiq görülüb. 

Qeyd edək ki, futbolçu 1/4 finalın cavab oyununda evdə Çexiya "Slaviya"sını 4:3 hesabı (ilk oyun 1:0) ilə məğlub etdikləri oyunda 2 qolla yadda qalıb.