Avropa Liqasında mövsümün rəmzi komandası

Bakıda UEFA Avropa Liqasının qalibi olan "Çelsi" komandasının 8 futbolçusu 2018/2019-cu illər mövsümünün rəmzi komandasına daxil olub. 

Sportline.az xəbər verir ki, London təmsilçisinin heyətində Kepa Arrisabalaqa, David Luis, Sesar Aspilikueta, Jorjinyo, Nqolo Kante, Olivye Jiru, Pedro Rodriqes, Eden Azar "18”liyə düşüb. 

Bunlardan əlavə Sead Kolaşinats, Loran Koselni, Pyer-Emerik Obameyanq (hamısı "Arsenal", İngiltərə), Kevin Trapp, Danni da Kosta, Filip Kostiç, Mateo Hasebe, Luka Yoviç (hamısı "Ayntraxt", Almaniya) Aleks Qrimaldo, Juan Feliş (hər ikisi "Benfika", Portuqaliya) 

Qeyd edək ki, "Çelsi" Bakı Olimpiya Stadionundakı həlledici matçda "Arsenal"ı 4:1 hesabı ilə məğlub edib.