Avropa Liqasında səbətlər müəyyənləşdi

UEFA Avropa Liqasında qrup mərhələsinə yekun vurulub. SportLine.az xəbər verir ki, 1/16 finalda qrup mərhələsini ilk iki yerdə bitirən komandalarla yanaşı, Çempionlar Liqasında 3-cü pillənin sahibi olan 8 komanda da yarışacaq. 

İştirakçılar rəqiblərini 17 dekabr tarixində təşkil olunacaq püşkatma mərasimində tanıyacaq. 

Artıq komandalar səbətlərə bölünüb:

Səpələnmişlər

“Arsenal” (İngiltərə)
“Benfika” (Portuqaliya)*
“Betis” (İspaniya)
“Çelsi” (İngiltərə)
“Dinamo” (Xorvatiya)
“Dinamo” (Ukrayna)
“Ayntraxt” (Almaniya)
“Genk” (Belçika)
“İnter” (İtaliya)*
“Bayer” (Almaniya)
“Napoli” (İtaliya)*
“Zalsburq” (Avstriya)
“Sevilya” (İspaniya)
“Valensiya” (İspaniya)*
“Vilyarreal” (İspaniya)
“Zenit” (Rusiya)

Səpələnməmişlər

BATE (Belarus)
“Seltik” (Şotlandiya)
“Brügge” (Belçika)*
“Fənərbaxça” (Türkiyə)
“Qalatasaray” (Türkiyə)*
“Krasnodar” (Rusiya)
“Latsio” (İtaliya)
“Malmö” (İsveç)
“Olimpiakos” (Yunanıstan)
“Rapid” (Avstriya)
“Renn” (Fransa)
“Slaviya” (Çexiya)
“Sportinq” (Portuqaliya)
“Şaktyor” (Ukrayna)*
“Viktoriya” (Çexiya)*
“Sürix” (İsveçrə)

* - Çempionlar Liqasının qrup üçüncüləri.

Qeyd edək ki, püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da başlanacaq.