Avropa Liqasının yeni himni və topu təqdim olundu
UEFA Avropa Liqasının loqosu və himnində dəyişikliklər edib.
SportLine.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, loqonun əsas detalları olduğu kimi saxlanılsa da, müəyyən detallar əlavə olunub.
Yeni detallar növbəti mövsüm üçün hazırlanan topda da öz əksini tapıb.
Turnirin himni isə yenisi ilə əvəz olunub.
Yeni himn, loqo və top 2021-ci ilədək istifadə olunacaq.
Qeyd edək ki, Avropa Liqası qitənin ikinci nüfuzlu klub turniri hesab olunur. 2019-cu ildə bu yarışın final oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək.
Himni dinləmək üçün linkə daxil olun: Avropa Liqasının yeni himni