Avropa Liqası: "Neftçi" mübarizəni dayandırdı

"Neftçi" Avropa Liqasının üçüncü təsnifat mərhələsində bu gün cavab oyununa çıxacaq.

Sportline.az xəbər verir ki, Roberto Bordinin komandası səfərdə İsrailin "Bney Yehuda" klubu ilə qarşılaşacaq. Petak Tikvadakı "Ha Moşava" stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. Bu komandalar arasında ölkəmizdəki görüşdə bərabərlik qeydə alınıb - 2:2. "Neftçi" səfərdə sərfəli nəticə ilə növbəti mərhələyə yüksəlməyə çalışacaq.

Qeyd edək ki, "Neftçi” "Bney Yehuda”  səddini keçəcəyi halda, pley-off-da "Malmö” (İsveç) – "Zrinski” (Bosniya və Herseqovina) cütünün qalibi ilə qarşılaşacaq. Bu komandalar arasında ilk oyunda İsveç təmsilçisi 3:0 hesabı ilə qalib gəlib.

16 avqust
Avropa Liqası 3-cü təsnifat mərhələsi
Cavab oyunu

21:00. "Bney Yehuda" (İsrail) - "Neftçi" 2:1

Qol: Don Jan, 14 (1:0), Saqi Tambi, 66 (2:0), Emin Mahmudov, 90+3 (2:1).

Hakimlər
: Daniele Doveri, Alessandro Kostantso, Alessio Tolfo, Fabritsio Paskua 
İlk oyun - 2:2