Avropada ilin ən yaxşısı müəyyənləşdi

UEFA Avropada ötən ilin ən yaxşı futbolçusunu açıqlayıb. SportLine.az xəbər verir ki, Monakoda təşkil olunan tədbirdə Xorvatiya millisinin və Madrid "Real"ının yarımmüdafiəçisi Luka Modriç titula yiyələnib.

O, səsvermədə sabiq komanda yoldaşı, hazırda "Yuventus"da çıxış edən Kriştiano Ronaldo və "Liverpul"un hücumçusu Məhəmməd Salahı qabaqlayıb.

Qeyd edək ki, L.Modriç ötən mövsüm "Real"la Çempionlar Liqasının qalibi olub.