"Ayaks" Hollandiya Superkubokunun qalibidir

Amsterdamda keçirilən Superkubok görüşündə hər iki komanda - "Ayaks" və PSV qələbəyə iddialı idi.

Sportline.az xəbər verir ki, “Ayaks” görüşə daha fəal başlayıb. Amsterdam klubu ilk dəqiqədə hesabı açıb. Kasper Dolberq yerli azarkeşləri sevindirib.

Fasiləyədək başqa qol olmayıb. İkinci hissədə də təzyiqi azaltmayan Erik ten Haqın komandası yenidən qonaqların qapısına yol tapıb. Bu dəfə Deyli Blind fərqlənib. 2-0. Qalan vaxtda başqa qol olmayıb. Bununla da, “Ayaks” 2018/2019-cu illər mövsümündə ölkə çempionu olmaqla yanaşı, Superkubok və ölkə kuboku turnirinin də qalibi olub.