"Ayaks" - "Yuventus": baş məşqçi fikirləri

UEFA Çempionlar Liqasında “Ayaks” doğma arenada “Yuventus” qəbul edəcək.

Sportline.az xəbər verir ki, hər iki komanda 1/8 finalda Madrid komandalarını mübarizədən kənarlaşdırıb. “Ayaks” Amsterdamda “Real”a uduzsa da, bunun əvəzini Madriddə çıxıb. “Yuventus” isə əksinə, İspaniya paytaxtından məğlub dönsə də, Turində azarkeşlərini sevindirib. Hollandiya klubunun baş məşqçisi Erik ten Haq görüşlə bağlı  bunları deyib.

 “Bu mövsüm “Bavariya” və “Real” kimi güclü komandalarla qarşılaşmışıq. “Yuventus” da onlardan biridir. Turin klubu oyun ərzində müxtəlif taktikalarla çıxış etmək xüussiyyəti ilə seçilir. Əsas məqsədimiz rəqibin oyununu düzgün təhlil edib, onların həmlələrinin qarşısını almaqdır. Bizim yaxşı yarımmüdafiə xəttimiz var. Onlar topla əla rəftar edirlər. Amsterdamda sərfəli nəticə əldə etmək üçün var qüvvəmizi ortaya qoyacıq”

 “Yuventus”un baş məşqçisi Massimiliano Alleqri də mətbuat konfransında iştirak edib. O, Ronaldonun bu görüşdə iştirak edəcəyini bildirib.

“Ayaks”la görüşdə komandamın daha baxımlı vıə hücuma meylli oynayacağını deyə bilərəm. “Atletiko” ilə görüşdən fərqli olaraq bu dəfə səfər matçında qol vurmaq niyyətindəyik. Ronaldo da oyuna hazırdır və bu görüşdə iştirak edə bilər. Amma Kyellini və Əmrə Can haqqında bunu deyə bilımərəm. Ruqani Kyellinin əvəzinə mərkəz müdafiəçisi kimi çıxış edəcək. Bu onun üçün bir şansdır”.

Xatırladaq ki, görüş Bakı vaxtı ilə saat 23-də başlanacaq.