"Ayaks" - "Yuventus": Düşərgələrdəki vəziyyət

Çempionlar Liqasının 1/4 final mərhələsində "Ayaks" "Yuventus"u qəbul edir.

Sportline.az xəbər verir ki, "qoca senyora"nı Hollandiya paytaxtında asan gəzinti gözləmir. "Real"ı relsdən salmaqla əksəriyyəti təəccübləndirən "Ayaks"dan növbəti sürprizi gəzləyənlərin sayı heç də az deyil. Baxmayaraq ki, kağız üzrəində favorit, məhs "Yuventus"dur.

Hər iki komandanın meydana optimal heyətlə çıxmayacağını söyləmək olar.  

"Ayaks" cəzalı Nussair Mazrauinin və zədəli Hassan Bandenin xidmətindən yararlana bilməyəcək. "Yuve"nin düşərgəsində isə, Martin Kaseres, Andrea Bartsalyi, Mattia Perin və Emre Can zədəlidir. Komandanın fanatlarını sevindirən xəbər isə, Kriştianu Ronaldu ilə Duqlas Kostanın yenidən sıraya dönməsi ilə bağlıdır.

Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 23-də başlanacaq.