"Ayaks"da yeni futbolçu

"Ayaks" “Yuventus”a satdığı Matteys De Liqtin boşluğunu doldurub.

Sportline.az xəbər verir ki, Amsterdam təmsilçisi Meksikanın “Amerika” komandasından Edson Alvaresi transfer edib. 23 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb. “Ayaks” bu keçid üçün qarşı tərəfə 17 milyon dollar təzminat ödədiyi bildirilib.

Qeyd edək ki, ötən mövsüm 46 oyunda meydana çıxan Alvares 3 qol vurub. 28 dəfə Meksika millisinin formasını geyinən futbolçu 1 qolun müəllifidir.