"Ayaks"dan 5 cavabsız qol

Hollandiya Erediviziyasında 2-ci turun oyunları keçirilir.

Sportline.az xəbər verir ki, Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”ın potensial rəqibi olan “Ayaks” öz meydanında “Emmen”lə qarşılaşıb və 5 cavabsız qolla qalib gəlib.

Qeyd edək ki, Amsterdam təmsilçisi 4 xalla liderdir.

“Ayaks” – “Emmen”  - 5:0
Qollar
: Van de Beek, 27, Ziyex, 47, Tadiç, 66, Huntelar, 80, 88

Xatırladaq ki, "Qarabağ" Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi APOEL-i mübarizədən kənarlaşdıracağı təqdirdə, pley-off-da PAOK - "Ayaks" cütünün qalibi ilə qarşılaşacaq.