"Ayaks"dan İtaliya klubuna

UEFA Çempionlar Liqasının (ÇL) pley-off mərhələsində “Qarabağ”ın potensial rəqibi olan Hollandiya təmsilçisi “Ayaks” futbolçusu Lassa Şöne ilə yollarını ayırıb. 

Sportline.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi İtaliyanın "Cenoa" kollektivinə transfer olunub.  

Qeyd edək ki, “Qarabağ” III təsnifat mərhələsində Kipr APOEL-ini keçəcəyi təqdirdə, PAOK (Yunanıstan) – “Ayaks” (Hollandiya) cütünün qalibi ilə qarşılaşacaq. Ağdam təmsilçisi Nikosiyadakı ilk görüşdə 2:1 hesablı qələbə qazanıb. "Ayaks" isə Yunanıstandakı qarşılaşmadan heç-heçə ilə (2:2) qayıdıb. ÇL-in III təsnifat mərhələsinin cavab matçları avqustun 13-də olacaq.