Ayaz Quliyev AFFA-nın şərtini qəbul edəcəkmi?

Ayaz Quliyev qış transfer dönəmində "Spartak"dan ayrıla bilər.

Sportline.az xəbər verir ki, onunla yanaşı, gürcüstanlı yarımmüdafiəçi Cano Ananidzeni göndərmək üçün variantlar axtaracaq.

Ayaz Quliyev bu ilin yanvarında "Rostov"dan "Spartak"a keçib. Jano Ananidze isə 2009-cu ildən Moskva klubunun formasını geyinir. O, Rusiyanın u-21 yığmasında çıxış edib. Hazırda 23 yaşlı yarımmüdafiəçinin Azərbaycanın əsas millisinə cəlb olunması gündəmdədir.

Ayazın üzləşdiyi vəziyyət AFFA-nı yenidən hərəkətə gətirib. Sportinfo.az-ın məlumatına görə, federasiyanın təmsilçiləri bugünlərdə onunla yenidən əlaqə qurub və öz köməklərini təklif ediblər.

Quliyevə bildirilib ki, yığmamızın formasını geyinməyə razılıq verərsə, başqa bir ölkədə legioner həyatı yaşamasına yardımçı ola bilərlər. İspaniya, Xorvatiya, Almaniya, Portuqaliya və Türkiyə - yarımmüdafiəçiyə seçim imkanı yaradılıb.

Ayaz bu çağırışa yenə tərəddüdlə yanaşıb. O, karyerasını Rusiyanın hüdudları daxilində davam etdirməyi düşündüyünü və yerli klublardan 2-3 dəvət aldığını deyib.