Ayaz Quliyev "Krasnodar"a keçə bilər

Rusiyanın "Spartak" klubunda çıxış edən azərbaycanlı futbolçu Ayaz Quliyev "Krasnodar"a keçə bilər.

Sportline.az "Biznes Online" nəşrinə istinadən xəbər verir ki, tərəflər keçidlə bağlı danışıqlara başlayacaq.

Ayazla Rusiyanın digər klubları da maraqlanır, ancaq 22 yaşlı yarımmüdafiəçinin "Krasnodar"a transfer olmaq ehtimalı daha yüksəkdir.

"Spartak" Quliyevi ötən il "Rostov"a 500 min avroya satıb, qışda 1 milyona geri almışdı. Ayazın Moskva klubu ilə müqaviləsi 2023-cü ilin yayında başa çatır.

Ayaz Quliyev bu mövsüm "Spartak"ın heyətində 14 oyun keçirib.