Ayaz Quliyev seçmə komandaya dəvət aldı

Rusiyanın 21 yaşadək futbolçularından ibarət seçmə komandasının AÇ-2019-un təsnifat mərhələsi çərçivəsində Makedoniya və Cəbəllütariq komandaları ilə qarşılaşmalar üçün heyəti açıqlanıb.

Sportline.az Rusiya mətbuatına xəbər verir ki, baş məşqçi Yevgeni Buşmanov kkomandanın düşərgəsinə 23 futbolçu çağırıb. Onun dəvət göndərdiyi oyunçular arasında “Rostov” klubunun əslən azərbaycanlı yarımmüdafiəçisi Ayaz Quliyev də var.

Rusiya martın 23-də Makedoniya, 27-də isə Cəbəllütariqlə görüşəcək . Qeyd edək ki, "Anji"dən "Rostov"a keçən Ayaz Quliyev millimizin baş məşqçisi Qurban Qurbanovun da sərəncamında görmək istədiyi futbolçular sırasındadır.