Ayaz Quliyev meydandan qovuldu, "Rostov" "Zenit"ə uduzdu

Azərbaycanlı futbolçu Ayaz Quliyevin şərəfini qoruduğu "Rostov" Rusiya Premyer Liqasında növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib "Zenit" kollektivi olub.

Qarşılaşma Sankt-Peterburq təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:0.

A.Quliyev meydana start heyətində daxil olub. Futbolçu 81-ci dəqiqədə ikinci sarı vərəqə ilə meydandan qovulub. 

Qeyd edək ki, 15 turdan sonra turnir cədvəlinə 34 xalla "Zenit" başçılıq edir. "Krasnodar" 29 xalla 2-ci, SSKA  26 xalla 3-cüdür. "Rostov” isə 23 xalla 5-ci pillədə qərarlaşıb.