Ayaz Quliyev oynadı, "Rostov" 1 xalla kifayətləndi
Azərbaycanlı futbolçu Ayaz Quliyevin şərəfini qoruduğu "Rostov" Rusiya Premyer Liqasında növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib "Rubin" kollektivi olub.
Doğma meydanda keçirilən qarşılaşmada "Rostov" 1 xalla kifayətlənib - 1:1.
A.Quliyev meydana start heyətində daxil olub və sonadək mübarizə aparıb.
Qeyd edək ki, "Rostov" 6 oyundan sonra 2-ci pillədə qərarlaşıb.
Standings provided by Sofascore LiveScore