Ayaz Quliyev qol vurdu, "Rostov" qələbəyə sevindi

Azərbaycanlı futbolçu Ayaz Quliyevin şərəfini qoruduğu "Rostov" Rusiya Premyer Liqasında növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib "Yenisey" kollektivi olub.

Qarşılaşma "Rostov"un qələbəsi ilə yekunlaşıb - 4:0.

A.Quliyev 90 dəqiqə meydanda olub və 83-cü dəqiqədə fərqlənməklə yekun hesabı müəyyənləşdirib.

“Rostov” geridə qalan 4 turdan sonra 9 xalla 3-cü pillədə qərarlaşıb.