Ayaz Quliyev rəsmən "Spartak"da
"Rostov"un yarımmüdafiəçisi Ayaz Quliyevin “Spartak”a keçidi rəsmiləşib.
SportLine.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, azərbaycanlı yarımmüdafiəçinin keçidi üçün "Spartak" 1 milyon avro təzminat ödəyib. 22 yaşlı oyunçunun isə ilinə 1.2 milyon avro qazanacağı bildirilib.
Xatırladaq ki, A.Qulyev “Spartak”ın yetirməsidir. O, mövsümün əvvəlində məhz “Spartak”dan “Rostov”a keçmişdi.