Ayaz Quliyev Rusiyada ayın ən yaxşısı seçildi

Azərbaycanlı futbolçu Ayaz Quliyev çıxış etdiyi "Rostov" klubunda avqust ayının ən yaxşısı seçilib. 

SportLine.az klubun saytına istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi azarkeşlər tərəfindən aparılan səsvermədə birinci olub. 

Qeyd edək ki, əslən azərbaycanlı olan Ayaz Quliyev Rusiyanın 21 yaşadək futbolçulardan ibarət milli komandasına çağırılıb.