Ayaz Quliyev "Spartak"a keçir
Azərbaycanlı futbolçu Ayaz Quliyevin "Spartak"a keçəcəyi dəqiqləşib. SportLine.az xəbər verir ki, bu barədə "Sport-Ekspress” məlumat yayıb.
Bildirilib ki, Moskva klubu futbolçunun məxsus olduğu "Rostov"la razılığa gəlib. A.Quliyev də paytaxt klubuna keçməyə razılıq verib. Onun illik 1,2 milyon avro məvacib alacağı dəqiqləşib. "Rostov" isə 1 milyon avro qazanacaq.
Qeyd edək ki, Ayaz Quliyev məhz mövsümün əvvəlində yetirməsi olduğu "Spartak”dan "Rostov”a keçib.