Ayaz Quliyev "Spartak"a "yox" dedi
Azərbaycanlı futbolçu Ayaz Quliyev Moskva "Spartak"ına keçməyə razılıq verməyib. SportLine.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Bildirilib ki, 22 yaşlı oyunçu baş məşqçisi Valeri Karpinin ilk dövrədə ona göstərdiyi etimadı nəzərə alaraq, "Rostov"da qalmağı üstün tutub.
Halbuki, tərəflər arasında razılıq əldə olunmuşdu və "Spartak" A.Quliyev üçün 1 milyon avro ödəməyə hazır idi.
Qeyd edək ki, yarımmüdafiəçi "Rostov"a, elə "Spartak"dan keçib.