Ayaz Quliyevdən zərərçəkən şəxsə 155 min rubl
Rusiyanın "Spartak" klubunun azərbaycanlı yarımmüdafiəçisi Ayaz Quliyevin iştirakı ilə baş verən xoşagəlməz hadisənin detalları bəlli olub.
Sportlineaz "Mash"a istinadən xəbər verir ki, Ayaz Quliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə ABŞ vətəndaşı, 29 yaşlı Maykl Kou Con Eliyə qarşı heç bir xəsarət törətməsə də, daha sonra tərəflər arasında dava düşüb. Amerikalının burun sümüklərinin sınması ilə nəticələnən hadisədən sonra Quliyev zərərçəkənə şikayətindən imtina etməsi üçün 155 min rubl ödəyib. Amma Maykl Kou Con Eli bundan əlavə xəstəxanada müayinə olunmaq və futbolçudan böyük məbləğ tələb etmək niyyətindədir.