Ayaz Quliyevin millimizdə oynamaq ehtimalı

"Ayaz Quliyev Azərbaycan milli komandasında çıxış edə bilər". 

Sportline.az xəbər verir ki, bunu Rusiyanın eurofutbol.ru saytı yazıb.

Saytın əməkdaşı qeyd edir ki, AFFA gənc futbolçuya vətəndaşlığını dəyişməyi təklif edib: "Məlumdu ki, Ramil Şeydayevdən sonra ona da vətəndaşlığını dəyişmək təklif olunub. Amma Şeydayevdən fərqli olaraq, yarımmüdafiəçi Rusiya millisində oynamaq istəyir. Ayazın "Spartak"dakı çıxışı onun yığmaya çağırılmasına kömək etməlidi".

Qeyd edək ki, "Spartak"ın yetirməsi olan Ayaz Quliyev 2018-ci ilin yayında 500 min avro qarşılığında "Rostov"a transfer olunmuşdu. Moskva təmsilçisi daha sonra 1 milyon avro ödəyərək, gənc yarımmüdafiəçini geri qaytarmışdı.