Ayaz Quliyevin növbəti uğuru

Rusiya "Rostov"unun azərbaycanlı futbolçusu Ayaz Quliyev komandasında həftənin ən yaxşı futbolçusu seçilib. 

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, o, azarkeşlər arasında keçirilən sorğuda, Premyer Liqanın VII turunda "Ural"la səfər oyununun ən yaxşısı olub. 

Qeyd edək ki, "Ural" - "Rostov" matçı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Ayaz Quliyev komandasının vurduğu qolda məhsuldar ötürmənin müəllifi olub.