Ayaz Quliyevin "Spartak"ı qələbə qazandı
Rusiya Premyer Liqasının 27-ci turunda "Spartak" səfərdə "Ural"la qarşılaşıb.
Sportline.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin şərəfini qoruduğu "Spartak" minimal hesabla qalib gəlib.
Meydana ilk 11-likdə çıxan Ayaz 89-cu dəqiqə mübarizə aparıb. 22 yaşlı futbolçu 64-cü dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.
Yarış cədvəlinə 57 xalla "Zenit" liderlik edir. "Spartak" 43 xalla 5-ci, "Ural" isə 33 xalla 11-cidir.