Ayaz Quliyevli "Rostov"dan darmadağın

Azərbaycanlı futbolçu Ayaz Quliyevin şərəfini qoruduğu "Rostov" Rusiya Premyer Liqasında növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib "Yenisey" kollektivi olub.

Qarşılaşma "Rostov"un qələbəsi ilə yekunlaşıb - 4:0.

A.Quliyev 90 dəqiqə meydanda olub və 83-cü dəqiqədə fərqlənməklə yekun hesabı müəyyənləşdirib.

“Rostov” geridə qalan 4 turdan sonra 9 xalla 3-cü pillədə qərarlaşıb.