Ayın ən yaxşısı - Obameyanq

İngiltərə Premyer Liqasında sentyabr ayının ən yaxşı futbolçusu məlum olub.

Sportline.az xəbər verir ki, bu, “Arsenal”ın futbolçusu Pyer-Emerik Obameyanqdır. Bu barədə Premyer Liqanın rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, Obameyanq ötən ay Premyer Liqada 4 oyuna 5 qol vurub.