Ayite: "Bilirdik ki, I Diviziona düşməyəcəyik"

"Keşlə"dən ayrılan Conatan Ayite "France Footbal"a açıqlama verib.

Sportline.az xəbər verir ki, Fransanın "Bordo" klubunun yetirməsi olan 33 yaşlı forvard Azərbaycan futbolu barədə danışıb. O, mövsümün yarısında "Keşlə"nin aşağı liqaya düşməyəcəyindən xəbərdar olduqlarını deyib:

"Azərbaycanda futbol o qədər də pis deyil. 2-3 klubdan başqa digərlər möhtəşə deyil. Asan çempionat deyil. "Qarabağ" Fransa I Liqasında asan şəkildə oynaya bilər. Digər komandalar Liqa 1 və Liqa 2-nin qarışığıdır. Əslində, biz yanvarda bilirdik ki, heç bir komanda I Diviziona düşməyəcək. Niyə? Çünki I Diviziondan Premyer Liqaya yüksəlmək üçün büdcəsi olan komanda yox idi. Büdcə fərqləri böyükdür, ancaq burda həyat əladır".

Toqolu forvard Bakıdakı həyatdan danışıb:

"Ailəm Bakıda xoşbəxtdir. Bakı kənd deyil, böyük şəhərdir. Fransızlar bilmədikləri yerlərdən qorxur. Türkiyəyə yollananda Eldoradoya getdiyimi deyirdilər. İndi Türkiyədə daha çox fransız var. Bakıda da 4-5 ilə eyni şey olacaq. Burada olduğumuz üçün məmnunuq. Əsnəbilər həqiqətən də çox yaxşı durumdadır. Maykl Essyen bir az işıq verməyə gəldi. Bir neçə qapını da o açacaq. Onunla bir az söhbət etdim. Mənə görüləcək çox iş olduğunu və bir az səfir kimi olacağını dedi". 

Ayite Azərbaycanın futbol ölkəsi olmadığını bildirib:

"Azərbaycan böyük futbol ölkəsi deyil. Stadionlarda böyük atmosfer yoxdur. Futbolun inkişafı üçün klubların sərmayə qoyması lazımdır. Bura iş üçün gəlmişik. Burada insanlar Fransa və İngilətər çempionatını izləyirlər. Ancaq İtaliya və İspaniya qədər yox. Parisi, Lionu tanıyırlar. Səbəbini bilmirəm, amma Azərbaycanda Fransanı çox sevirlər. Böyük məhəllə var, "Ağ şəhər" deyirlər, oradakı binalar Parisin haussmann binalarına oxşayır. Burada fransız məktəbi var".

Təcrübəli futbolçu Bakıda keçiriləcək Avropa Liqasının finalı ilə bağlı bunları bildirib:

"Final Bakı üçün böyük hadisədir. Hər il Formula-1 yarışları keçirilir. Stadionda xeyli insan olacaq, hər yerdə posterlərə rast gəlmək olur. Təhlükəsizlik baxımından maksimum iş görəcəklər. Bu baxımdan üst səviyyəli şəhərdir. Cinayətkarlıq yoxdur. Keçmiş sovet ölkəsidir. Avropa Liqasının finalına ev sahibliyi etmək onlar üçün nemətdir. Ölkəni bir az aydınlaşdıracaq. Qərbi Avropadakı klublar üçün uyğun olmadığını anlayıram. Ancaq bura gələndə xoş sürprizlə qarşılaşacaqlar. Başqa yerlərə baxanda, bura demokratiyaya daha yaxındır. Qadınlar işləyə bilir, gücləri var və bunda problem yoxdur. Türkiyədə isə bu baxımdan daha sərt və avtoritardır. Azərbaycan Qərbi Avropaya yaxınlaşır".

Ayite "Brest", "Nim", "Alanyaspor", "Yeni Malatyaspor" və "Samsunspor" kimi klublarda çıxış edib. Fransada doğulan oyunçu mövsümün gedişində "Keşlə"yə keçmişdi.