"Ayntraxt" azarkeşlərindən azərbaycanlı uşaqlara 300 bilet

Xəbər veriyimiz kimi, mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunmuş Avropa Liqasının final oyunu öncəsi “Ayntraxt”ın azarkeşləri xeyirxah aksiya keçiriblər. 
 
Sportline.az AFFA-nın saytına istinadən xəbər verir ki, finala yüksələn komandalar müəyyənləşməzdən əvvəl oyuna bilet alan almaniyalı fanatlar azarkeşlik etdikləri klub həlledici oyuna vəsiqə qazana bilmədiyi üçün Bakıya gəlməsələr də, həmin biletləri paytaxtımıza göndəriblər.

“Ayntraxt” azarkeşlərinin istəyinə uyğun olaraq, 300 ədəd bilet AFFA-nın texniki direktoru Bernhard Lippertin vasitəçiliyi ilə “Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi”ndə olan uşaqlara hədiyyə olunub.