Ayxan Abbasov: "Çox güman ki, "Sumqayıt"da son oyunum idi"

Azərbaycan kuboku turnirinə yekun vurulub.

Sportline.az xəbər verir ki, "Qəbələ"yə finalda minimal hesabla məğlub olan "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov görüşdən sonra təəssüratlarını bölüşüb.

"Final oyunana yaxşı hazırlaşmışdıq. Amma bir səhv görüşün taleyini həll etdi. Oyundan əvvəl də demişdim ki, "Qəbələ" qalib gəlsə, təbrik edəcəm. Görünür, biz UEFA Avropa Liqası üçün hazır deyilmişik. Avrokubok istəyiriksə, daha da inkişaf etmək lazımdır. Azarkeşlərə təşəkkür edirik. Rəhbərliklə danışıqlarımız olacaq. Çox güman ki, "Sumqayıt"da son oyunumdur".