Ayxan Abbasov: "Diqqətsizlik etdik"

"Erkən qol vursaq da, təəssüf ki, diqqətsizlik etdik və hesabda geri düşdük. Fasilədən sonra dəyişikliklər etdik, dönüş yaratmağa çalışdıq, amma əvəzində qapımızda qollar gördük".
 
Sportline.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 9-cu turunda evdə "Neftçi"yə uduzduqları oyundan (2:4) sonra mətbuat konfransında deyib.

O, ruhdan düşmədiklərini və növbəti oyunlara köklənəcəklərini bildirib: "Qarşıdakı matçlara daha ciddi hazırlaşacağıq. Azarkeşlərimiz də qələbə gözləyir, onlar da narahatdırlar. Çalışacağıq növbəti matçlarda onları sevindirək".