Ayxan Abbasov: "Heç-heçə onları qane etsə də, bizə qələbə lazım idi"

Topaz Premyer Liqasında 23-cü tura start verilib.

Sportline.az xəbər verir ki, "Keşlə"ni 2:1 hesabı ilə məğlub edən "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov mətbuat konfransında təəssüratlarını bölüşüb.

"Çətin və önəmli oyun idi. Heç-heçə onları qane etsə də, bizə qələbə lazım idi. Sonuncu yeri tutmamağa çalışacağıq. Hesabı açandan sonra qol buraxsaq da, ikinci yarıda dəyişikliklər etdik. Önəmli qələbə qazandıq. Bundan sonra əlimizdən gələni edəcəyik ki, sonuncu sıraya düşməyək. Son matçlarda da pis oynamamışıq. Bir çox oyunçumuzda inkişafın olduğu hiss edilir. Qorxduğumuz o idi ki, Azərbaycan Kubokunun yarımfinal oyunları ərəfəsində pis durumda olaq. Bu qalibiyyət futbolçulara arxayınlıq yox, istək gətirməlidir".