Ayxan Abbasov: "Onlar Sumqayıt tarixinə qəhrəman kimi düşəcəklər"

Futbol üzrə Azərbaycan kubokunun finalında “Qəbələ” ilə üz-üzə gələcək “Sumqayıt” Naxçıvan Muxtar Respublika Stadionunda son məşqinə çıxıb.

Sportline.az xəbər verir ki, məşqdən sonra komandanın kapitanı Vurğun Hüseynov və baş məşqçisi Ayxan Abbasov fikirlərini Peşəkar Futbol Liqasına bölüşüblər.