Ayxan Abbasov: "Peyman Babayi zədəlidir, amma..."

"Sumqayıt" klubu Azərbaycan kubokunun finalına hazırlığı davam etdirir.

Sportline.az xəbər verir ki, "Qəbələ" ilə qarşılaşacaq komanda Sumqayıtda "Kapital Bank Arena"da kubok ərəfəsində son məşqlərini edib.

Komandanın baş məşqçisi Ayxan Abbasov saytımıza açıqlamasında zədəlilərin olduğunu bildirib.

"Komandadaxili ab-hava əladır. Final matçının əhəmiyyətini dərk edirik. "Sumqayıt" klubu tarixində ilk dəfə Azərbaycan kubokunun finalına çıxıb. Kubok üçün əlimizdən gələni edəcəyik. Heyətimizdə zədəlilər var. Peyman Babayi, Ehtiram Şahverdiyev zədəlidir, amma finalda oynayıb-oynamayacaqları sual altındadır".

Qeyd edək ki, "Sumqayıt" klubu final üçün mayın 17-də Naxçıvana yollanacaq. "Qəbələ" ilə həlledici görüş mayın 19-da saat 16:30-da başlanacaq.