Ayxan Abbasovun köməkçiləri müəyyənləşdi
"Sumqayıt"ın yeni baş məşqçisi Ayxan Abbasovun köməkçiləri müəyyənləşib.
Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, bu vəzifə Elnur Çodarov və "Sumqayıt"ın U-19 komandasının baş məşqçisi Mehman Yunusova həvalə edilib.
Qeyd edək ki, qapıçılar üzrə məşqçi Emil Babayev, fiziki hazırlıq üzrə məşqçi funksiyasını isə Sergey Yankovyi yerinə yetirəcək.
