Azad Rəhimov: "Final üçün gələn azarkeşlər ölkəmizdə tam yerləşə bilərlər"

Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının finalına hazırlıq davam edir.

Sportline.az xəbər verir ki, ölkəmizə gələn azarkeşlərin yerləşdirilməsi ilə bağlı problem olmayacaq. Azərbaycan Gənclər və İdman naziri Azad Rəhimov xarici qonaqların hamısının Bakı şəhərində qalması üçün kifayət qədər yer olduğunu bildirib.

“Vacib məsələ otellərdə olan yerlərdir. Azərbaycanda 17 mindən artıq otel otaqları var. Bəzi otaqlarda 2 nəfərin qala biləcəyini nəzərə alsaq, bu, onu göstərir ki, ölkəmizə gələcək azarkeşlər tam yerləşə bilərlər. Təcrübə göstərir ki, son illər paytaxtımızda çoxlu mənzil kirayəyə verilir. Bunun üçün də xüsusi saytlar var. Həmin mənzillərdən bütün qonaqlar tam yararlana bilərlər. Necə ki, bunu "Formula 1" üzrə Azərbaycan Qran-prisində etmişdilər”.

Qeyd edək ki, UEFA Avropa Liqasının finalı mayın 29-da Bakı vaxtı ilə saat 23-də başlanacaq.