Azar Bundesliqa klubu ilə müqavilə bağladı

Dortmund "Borussiya"sı, Menhenqladbah "Borrussiya"sının futbolçusu Torqan Azarı transfer edib.

Sportline.az xəbər verir ki, Belçika millisinin 26 yaşlı yarımmüdafiəçisi, yeni klubu ilə 2024-cü ilin yayınadək müqavilə imzalayıb. 

Onun transferinin, dortmundlulara 25 milyon avroya başa gəldiyi bildirilir. 

Torqan Azar Bundesliqanın başa çatan mövsümündə meydana çıxdığı 33 oyunda 10 qol vurub, 11 məhsuldar ötürmə verib. 

Qeyd edək ki, belçikalı futbolçu son 5 ili Menhenqladbah "Borussiya"sında keçirib.