Azarın əvəzinə, Pulişiç?

"Çelsi" qış transfer pəncərəsində heyətini gücləndirəcək. SportLine.az xəbər verir ki, "zadəganlar" Dortmund "Borussiya"sının futbolçusu - Kristian Pulişiçi heyətinə qatacaq.

"Bild" nəşrinin məlumatına görə, tərəflər arasında razılıq əldə olunub və sadəcə, rəsmiləşdirmə işləri qalıb. 

Məlumatda qeyd olunur ki, "Çelsi" Eden Azarın gedəcəyi təqdirdə heyətdə yaranacaq boşluğu gənc futbolçu ilə doldurmaq niyyətindədir.

K.Pulişiç 2016-cı ildən Almaniya klubunun şərəfini qoruyur.