Azarkeş meydanda Ronaldunu öpdü
Ötən gün keçirilən Portuqaliya - Hollandiya görüşündə maraqlı hadisə yaşanıb. SportLine.az xəbər verir ki, meydana daxil olan azarkeş Kriştianu Ronaldunu öpüb.
Həmin şəxsin əslən bosniya və herseqovinalı, hazırda İsveçrədə çalışan məşhur komik Samir Alik olduğu müəyyənləşib.
Onun ardınca meydana daha iki şəxs daxil olub.