Azarkeşlər futbolçulara hücum çəkdilər
Hollandiya II Divizionunda keçirilən "Qou Ehed İqls" - "De Qrafşap" görüşü qalmaqalla yadda qalıb. SportLine.az xəbər verir ki, oyundan sonra meydana daxil olan azarkeşlər "Qou Ehed İqls"ın futbolçularına hücum ediblər. Onlar komandanın çıxışından narazılıqlarını bu üsulla ifadə etməyə çalışıblar. Nəticədə, azarkeşlərlə futbolçular, eləcə də, hüquq mühafizə orqanlarının əməkdaşları arasında qarşıdurma yaşanıb.
Qeyd edək ki, görüş "Qou Ehed İqls"ın 0:4 hesablı məğlubiyyəti ilə sona çatıb. Komanda hazırda 17-ci pillədə qərarlaşıb.