Azarkeşlər arasında dava düşdü, 100 nəfər saxlanıldı
Argentina II Divizionunda keçirilən "Los Andes" - "Braun de Androqe" qarşılaşması kütləvi dava ilə yadda qalıb.
SportLine.az "ESPN" agentliyinə istinadən xəbər verir ki, ara matçın 16-cı dəqiqəsində qarışıb. Polisin müdaxiləsindən sonra azarkeşlər sakitləşiblər.
Hadisə nəticəsində, təxminən, 100 nəfərin saxlanıldığı bildirilir.
Qeyd edək ki, görüş "Los Andes"in qələbəsi ilə yekunlaşıb - 2:0.