Azarkeşlər oyun vaxtı qapıçını vurdular

Şotlandiya çempionatının 11-ci turu çərçivəsində keçirilən "Harts" - "Haybernian" görüşü insidentlə yadda qalıb. 

SportLine.az "SkyNews"a istinadən xəbər verir ki, oyunun gedişində "Harts"ın qolkiperi Jdenek Jlamal qapı arxasına düşən topu götürərkən tribunadakı azarkeşlər tərəfindən vurulub.

"Harts"ın qapıçısı ilə yanaşı, "Haybernian"ın baş məşqçisi Nil Lennon da azarkeşlərin qəzəbinə tuş gəlib. Fanatlar onun üzərinə dəmir pul atıblar.

Polis faktlarla bağlı araşdırmaya başlayıb. Artıq 5 nəfərin saxlanıldığı bildirilir.

Qeyd edək ki, matç qolsuz bərabərliklə yekunlaşıb.