Azarkeşləri söyən futbolçu üçün 3 oyunluq cəza

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

SportLine.az xəbər verir ki, iclasda birinci divizionda baş vermiş neqativ hallara hüquqi qiymət verilib.

12-ci turda keçirilən "Zaqatala" – MOİK görüşünün 30-cu dəqiqəsində sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alan qonaqların futbolçusu İsmayıl Muradov 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.

Qarşılaşmanın 33-cü dəqiqəsində MOİK-in digər oyunçusu Orxan Həsənov azarkeşləri təhqir etdiyi üçün 3 oyunluq cəza alıb, klubu isə 160 manat cərimə ödəyəcək.