Azər Əliyevin yeni baş məşqçisi məlumdur

Azərbaycanlı futbolçu Azər Əliyevin şərəfini qoruduğu "Ufa" klubunun yeni baş məşqçisi məlum olub.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Rusiya Premyer Liqasında yarışan komanda Vadim Yevseyevə həvalə olunub.

43 yaşlı mütəxəssislə iki illik müqavilə bağlanılıb.

Qeyd edək ki, o, istefaya göndərilən Dmitri Kiriçenkonu əvəzləyib.

"Ufa" komandası 20 turdan sonra 16 xalla 15-ci yerdə qərarlaşıb.