Azərbayacan kuboku: 1/2 final rəqəmlərin gözü ilə

Azərbaycan Kubokunda yarımfinal mərhələsi bu həftə start götürəcək.

Sportline.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, ilk oyunlar çərçivəsindəki matçlar aprelin 23-də baş tutacaq. 

Azərbaycan kubokunda 5-ci dəfə yolları kəsişən "Qarabağ"la "Qəbələ" ilk dəfə yarımfinalda görüşəcək. Rəqiblər indiyədək üç dəfə 1/4 final, bir dəfə finalda qarşılaşıblar. Üç dəfə “Qarabağ”, bir dəfə “Qəbələ” dueldən qalib ayrılıb. 4 dueldəki 7 oyundan beşi heç-heçə başa çatıb.

2011/12

1/4 final

Qəbələ - Qarabağ (Ağdam)

2:2, 0:0

2012/13

1/4 final

Qəbələ - Qarabağ (Ağdam)

1:1, 0:0

2013/14

1/4 final

Qəbələ - Qarabağ (Ağdam)

0:0, 2:1

2016/17

final

Qarabağ (Ağdam) - Qəbələ

2:0

Qeyd edək ki, “Sumqayıt”la “Zirə” indiyədək qarşılaşmayıb.