Azərbaycan Albaniyaya uduzdu
17 yaşadək futbolçuların Avropa çempionatının təsnifat mərhələsi davam edir. SportLine.az xəbər verir ki, bu yaş qrupunda mübarizə aparan Azərbaycan millisi bu gün növbəti oyununa çıxıb. Rəqib meydan sahibi Albaniya kollektivi olub.
İlk iki görüşdə məğlub olan komandamız, bu dəfə meydanı xalsız tərk edib.
29 oktyabr
U-17, Avropa çempionatının təsnifat mərhələsi
8-ci qrup, 3-cü tur
Albaniya (U-17) - Azərbaycan (U-17) - 1:0
QOL: Mario Mitay, 44/p. (1:0)
Baş hakim: Boris Marhefka (Slovakiya)
Baş hakimin köməkçiləri: Tomaş Vorel (Slovakiya), Sreten Udoviçiç (Bosniya və Herseqovina)
Dördüncü hakim: Admir Şehoviç (Bosniya və Herseqovina)
Qeyd edək ki, ilk 2 turun görüşlərində Albaniya Çexiyaya 0:6, Norveçə 1:3, Azərbaycan isə Norveçə 1:4, Çexiyaya 0:2 hesabı ilə uduzub. Hər iki komanda növbəti mərhələ şanslarını itirib.